Kriminal

Samuxda qaçırılan qız yol qəzasında öldü

Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.

Məlumata görə, Samux-Əhmədbəyli yolunda “VAZ-2107” markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız “Təcili yardım” maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, T. İsgəndərovanın öldüyü qəzada daha üç nəfər əmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Vidadi oğlu Nağıyev, Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Muxtar oğlu Mehdiyev,
Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Musayev xəsarət alıblar.

Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close