Region

Saakaşvili Ukraynadan ABŞ-a gedib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili artıq bir neçə gündür ABŞ-dadır.
Regioninfo xəbər verir ki, bunu Mixail Saakaşvilinin başçılıq etdiyi “Yeni qüvvələr hərəkatı” (“Rux novıx sil”) Partiyasının nümayəndəsi TASS-a bildirib.

Xanım nümayəndə bildirib ki, partiya liderinin Ukraynaya qayıtmasının tarixi də məlum deyil. İyulun 27-də Saakaşvilinin tərəfdarları Kiyevdə Müstəqillik meydanında onun müdafiəsi üçün aksiya da keçirəcəklər.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 26-da Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi haqqında Dövlət Miqrasiya Xidmətinin vəsatətini dəstəkləyib. Dövlət Miqrasiya Xidməti həmin vəsatətdə bildirib ki, Gürcüstanın keçmiş prezidenti Ukrayna vətəndaşı olmaq üçün təqdim etdiyi ərizədə yanlış informasiya verib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close