Kriminal

Şəbnəm Tovuzlu yol qəzasına uğradı – Vəziyyəti ağırdır

Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb.
Qəflətən qarşısına çıxan “VAZ 2107” markalı avtomobillə toqquşan “Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub.
Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.(big.az)

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close