Xəbər

Rusiya qoşunları 49 il Suriyada qalacaq

Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya rəsmiləri arasında imzalanıb.

Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları öz əksini tapıb.

Sənədə əsasən, Suriyada daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində sabitliyin qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.

Xatırladaq ki, müqavilənin müddəti 49 ildir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close