Region

Rusiya müdafiə xərclərini azaldır

Rusiyanın 2018-ci il üçün dövlət büdcəsində müdafiə sahəsinə ayrılan xərclərin azaldılması nəzərdə tutulub. Amma bu, ordu və donanma avadanlığının təzələnməsi məqsədi daşıyan planlara təsir göstərməyəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vahid Rusiya” fraksiyasının Dövlət Dumasındakı rəhbəri Vladimir Vasiliyevlə görüşündə bildirib.

“Biz dövlət müdafiəsinin sifarişlərini yerinə yetirəcək və yeni proqramlar hazırlayacağıq”-deyə prezident bildirib.

Onun sözlərinə görə, Dövlət Dumasında ölkənin əsas maliyyə sənədinin hazırlanmasına diqqətlə baxmaq lazım olacaq.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close