Mədəniyyət

Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi

Rusiyanın “Pervıy kanal” telekanalı “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.

Bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.

“Bu gün Avropa Yayım İttifaqından (AYİ) “Pervıy kanal”a daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə “Pervıy kanal” telekanalı “Eurovision-2017” mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir”, – deyə telekanalın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi. (APA)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close