Region

Ruhaninin qardaşı azadlığa buraxıldı – 8,3 milyona

Maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun girov qarşılığında azadlığa buraxılıb.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən ilkin olaraq girovun məbləği 500 milyard rial (13,3 milyon dollar) olub. Lakin sonda məhkəmə girovun məbləğinin 8,3 milyon dollara qədər azaldılmasına razılıq verib.

Qeyd edək ki, Hüseyn Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close