Mədəniyyət

Riannadan İNANILMAZ SÖZLƏR: “Bakirəliyimi itirdiyim anlar…”

Rianna bakirəliyini itirdiyi üçün peşman olduğunu etiraf edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni “Elle” jurnalının oktyabr sayı üçün kamera qarşısına keçib, eyni zamanda müsahibə verib.
29 yaşlı müğənni Tyra Benks, Eminem, Farrell Uilyamsın onun üçün hazırladığı suallara cavab verib. Ən maraqlı sualı isə məşhur sehrbaz Devid Kopperfild verib. Rianna sehrbazın “Əgər keçmişə dönmək şansınız olsaydı hara gedərdiniz?” sualına gözlənilməz cavab verib. Rianna etiraf edib ki, bakirəliyini itirdiyi üçün peşmandır:
“Səyahət mümkün olsaydı, bakirəliyimi itirdiyim andan 10 dəqiqə əvvələ qayıtmaq istədirdim”.
Məlumat üçün bildirək ki, əslən Barbadosdan olan amerikalı müğənni Rianna Səudiyyə Ərəbistanının ən məşhur, ən zəngin iş adamlarından biri Əbdül Lətif Cəmilin oğlu Həsən Cəmillə nişanlanıb.
29 yaşlı müğənni ilə 29 yaşlı milyarder Həsən Cəmil nişanlandıqlarını gizli saxlayır, bu barədə heç bir açıqlama vermirlər.
Həsən Cəmilin atası Əbdül Cəmil 1955-ci ildə Səudiyyə Ərəbistanında “Toyota” (Yaponiya) avtomobil konserninin ilk rəsmi dileri statusunu almış “Abdul Latif Jameel Motors” şirkətinin banisi Əbdül Lətif Cəmilin oğludur. “Abdul Latif Jameel Motors” indi Səudiyyə Ərəbistanı ilə yanaşı, bütün Fars Körfəzi və Yaxın Hərq ölkələrində ən böyük avtomobil satışı şirkətidir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close