Dünya

Rezidenturaya 11 namizəd qəbul olunub

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb.

DİM-dən bildirilib ki, müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən 13 namizəddən 11-i rezidenturaya qəbul olunub.

Rezidenlər tələb olunan sənədləri avqustun 2-3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close