İdman

Rəşad Sadiqov qovuldu: Cəmi 2 ay çəkdi

“Zirə” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb.
Bu barədə komandanın rəsmi saytında məlumat yerləşdirilib. Klubun əsas komandasının baş məşqçi Ayxan Abbasov rəhbərliyə müvafiq qərarla bağlı təqdimat ünvanlayıb. Futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.
“Zirə”yə transferinin 2 ayı tamam olmamış Rəşadın klubdan kənarlaşdırılması sual doğurub.
Qeyd edək ki, Sadiqov Azərbaycan millisinin də üzvüdür.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close