Kriminal

QHT sədrinin qardaşı atasını yandıraraq öldürdü – BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını diri-diri yandırıb öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Belə ki, İ.Mehdiyevin atası ilə mütəmadi olaraq mübahisələri düşüb. Hadisə günü də evə gələrək qapını döyüb və içəridən bağlı olduğunu görüb və atasının evdə bilib. Maşına qayıdaraq benzin götürüb və yenidən evə gələrək qapını döyüb. Bu dəfə atası qapını açıb, İlyas “butulka”dakı benzini onun üstünə tökərək yandırıb, sonra isə evi yandırıb. Özü isə evdən çıxıb gedib.

Məhkəmədə danışan İlyas Mehdiyev özünü təqsirli bildiyini deyib: “Əlavə nəsə demək istəmirəm. Hər şey göz qabağındadır. Açıq və aydındır”.

Məhkəmə prosesi iyulun 31-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 31-də Maştağa qəsəbəsində baş verib. Axşam saatlarında 80 yaşlı İmdad Mehdiyev oğlu, 31 yaşlı İlyas Mehdiyevlə ailə münaqişəsi zəminində mübahisə edib. O, atasından pul tələb edib, amma pulu olmayan ahıl kişinin oğlu ilə davası düşüb. İçkili olan İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu və evi yandırıb.

80 yaşlı İmdad Mehdiyev Əfv Komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close