Dünya

Qarabağda toy mərasimi bombalandı – 2 ölü, 3 yaralı

Əfqanıstanda Kabil əyalətinin Qarabağ rayonunda toy mərasimi NATO aviasiyasının zərbələrinə məruz qalıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “Əfqanıstan bu gün” informasiya agentliyinə Kabil polisinin mətbuat katibi Bəsir Mücahid bildirib.
Aviazərbələr nəticəsində 2 nəfər həlak olub, 3-ü yaralanıb. Onların hamısı dinc sakinlərdir və terrorçularla heç bir əlaqəsi yoxdur. Hadisə sentyabrın 4-də baş verib.
Bəsir Mücahidin sözlərinə görə, bombardman toyda insanların havaya atəş açması göstərilir.
Qarabağ rayonu paytaxt Kabilin 50 kilometr şimalında yerləşir. Qarabağ Taliban tərəfdarlarının çox olması səbəbindən nisbətən narahat rayon hesab edilir.
Agentliyinin məlumatına görə, 2017-ci ilin birinci yarısında hava əməliyyatları nəticəsində mülki əhali arasında qurbanlar 2016-cı ilin analoji dövrü ilə müqayisədə 43 faiz artıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close