İdman

“Qarabağ” hücum xəttini gücləndirdi

“Qarabağ” bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir.
Ölkə çempionu millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.
Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit”in yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yay “Trabzonspor”a transfer olunmuş Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.
Qeyd edək ki, Ramil Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close