Kriminal

Qar qəzalara səbəb oldu: 3 ölü, 21 yaralı

Ötən gün respublika ərazisində 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb. Qəzaların 3-ü , ölüm hadisəsinin 1-i, yaralanmanın isə 10-u Bakı şəhərində qeydə alınıb. Bakıda hava şəraiti ilə əlaqədar ölüm hadisəsi dünən saat 23.50 radələrində Qaradağ rayonu ərazisində Xocahəsən yolunda baş verib. Minik maşını ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb. Beyləqan rayonu ərazisində sürüşmə nəticəsində avtomobil aşıb və bir nəfər həmin hadisə zamanı həlak olub. Bir piyadavurma hadisəsi isə Ucar rayonunda olub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close