Qadın

Qadınların sinə və ombasının SEKSUAL GÖRÜNMƏSİNİN SİRRİ

Hər bir qadının ən böyük istəyi daim cazibədar və gənc qalmaqdır. Gözəllik isə daxildən gələn amildir. Bu ilk növbədə xanımların sağlamlığından qaynaqlanır. Qadının sağlamlığına ən çox təsir edən faktorlardan biri də estrogen hormonlarıdır. Bu hormonlara kişi orqanizmində də rast gəlinir. Lakin qadınlardan fərli olaraq kişilərdə estrogen nisbətən azdır və gənc qalmağa heç bir təsir göstərmir.
Estrogen sözünün mənası “cəlbetmək”, “ehtiras” kimi tərcümə olunur. Bir sözlə, o seksuallıq hormonudur. Estrogenin digər anlamı isə parlaqlıq, canlılıq deməkdir. Qadınları sinə, omba hissələrini məhz bu hormonlar formalaşdırır.

Bəs estrogen çatışmazlığı nə ilə müşaiyət olunur?
Bu zaman qadınlar çəki artıq şçəkidən əziyyət çəkir, depressiyaya düşür, əhvalı daim pis olur, özünə və xarici görünüşünə görə ruh düşgünlüyü yaşayır, tez yorulur və s.
Estrogenin azlığı seksual passivliyə də səbəb olur.
Məhz bütün bu sadalananlara görə də estrogen gənclik hormonu adlanır.
Əziz xanımlar, əgər özünüzdə bu halların heç olmasa bir neçəsini hiss etmisinizsə, demək estrogen çatışmazlığından əziyyət çəkirsiniz. Bu halda həkimlərə gedib, süni hormonal həblərdən istifadə etmədən öncə yaxşıca düşünmək lazımdır. Axı, bütün xəstəliklərdə olduğu kimi bu hormonun da müalicəsində təbii üsulları sınamaq olar.
Publika.az estrogen hormonunun bol olduğu məhsullar haqda yazını təqdim edir:

 

Kətan toxumu
Bu məhsul estrogen hormonu ilə zəngin olan birinci təbii qidadır. Estrogen hormonunu artırmaqdan əlavə kətan toxumu bir sıra digər qadın xəstəliklərinin müalicəsində istifadə olunur.
Gün ərzində iki qaşıq kətan toxumunu ya bala ya da sıyığa əlavə edib, yeyə bilərsiniz.
Küncüt və günəbaxan tumları, yaşıl noxud, paxlalı bitkilər, mərcimək də bu siyahıdadır.
Estrogen artırmaq üçün ən faydalı məhsullardan biri də soyadır. Lakin mütəxəssislərin araşdırmasından sonra məlum olub ki, soya geni modifikasiya olunmuş qidalar siyahısına aiddir. Odur ki, orqanizmə ziyanı faydasından çoxdur.
Təcrübələr göstərib ki, hər gün 500 ml qəhvə içən qadınlarda estrogenin miqdarı çox artır. Bu isə birbaşa artıq çəki problemini yaradır. Odur ki estrogenin də miqdarını stabil saxlamaq tövsiyə olunur.
Ərik və ərik qurusu da gənclik və sağlamlıq mənbəyi sayılır.
Bu gənclik hormonu heyvanmənşəli qidaların tərkibində də var. Lakin səhiyyə işçiləri bildirirlər ki, heyvanların tez böyüməsi üçün istifadə olunan xüsusi peyyvəndlər bu məhsulları yararsız edir.
Estrogeni artıran bitkilər:
Adaçayı;
Mayaotu;
Jenşen kökü;
Öküzotu;
Çobanyastığı;
Biyan kökü.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close