Kriminal

Qadından ərinə qarşı AĞLASIĞMAZ FIRILDAQ

Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə baş tutan prosesdə Təyminə Abdullayevanın müdafiəçisi müvəkkilinin xəstəxanaya yerləşdirildiyini bildirib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin xəstəxanadan göndərdiyi sənədi məhkəməyə təqdim edib. O, deyib ki, Təyminə Abdullayevin səhhətində problem olduğu üçün məhkəməyı gələ bilməyib.
Bu səbəbdən proses təxirə salınıb.
Məlumat üçün bildirək ki, dövlət ittihamçısı Təyminə Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Təyminə Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. O, biznesmen olan həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında həbs edilib. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək məqsədilə şəxsiyyət vəsiqəsini saxtalaşdırıb.
Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirib, ona 890 min manat məbləğində ziyan vurub.
Təqsirləndirilən şəxs isə bildirib ki, Əhmədli metrosunun yaxınlığında yerləşən “Vesta” gözəllik salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı Təyminə Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. Səkinə İsmayılovanın təklifi əsasında Təyminə Abdullayeva evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb, həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alındığı, pulun yarısını Səkinənin ödədiyi barədə qeydləri görüb və digər sənədləri imzalamaqdan imtina edib.
MMC bir neçə ay sonra Təyminə Abdullayevaya pul ödəmədən evi Səkinə İsmayılovaya satıb.
Cinayətdə adı keçən Səkinə İsmayılova bir müddət əvvəl saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilərək həbs edilib.
Xatırladaq ki, hazırda Səbail rayon Məhkəməsində Barat Abdullayev və Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmə prosesi davam edir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close