Region

“Putinlə ikinci dəfə görüşməmişəm” – Tramp əsəbiləşdi

ABŞ prezidenti Donald Tramp “G20” sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ikinci görüşün olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə prezident öz “Twitter” səhifəsində yazıb.

“Putinlə “G20” sammitində gizli görüşə dair yalan xəbərlər xəstəlikdir. Angela Merkel bütün liderləri dəvət etdi. Mətbuat bunu bilirdi… Hətta “G20” ölkələrinin şam yeməyini də qorxulu edirlər”, – deyə Tramp “Twitter”-də yazıb.

Qeyd edək ki, daha əvvəl KİV-də Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilmiş G-20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla daha bir qeyr-rəsmi görüş keçirməsinə dair məlumat yayıb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close