Dünya

Prezidenti yola salan aeroport rəisi öldü

Tacikistanın Xoro şəhər aeroportunun rəisi Dildor Maksudşoyev qəza nəticəsində ölüb.
Regioninfo “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə ölkə prezidenti Emoməli Rahmonu müşayiət edən helikopteri yola salarkən baş verib.
“Prezidentin helikopteri havaya qalxmağa başlayanda Dildor Maksudşoyev yaxın məsafədə dayanmışdı. O, helikopterin mühərrikinin yaratdığı güclü havanın təsirindən yıxılıb və başı daşa dəyib”, – Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Aeroport rəisi xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close