Mədəniyyət

Polad Bülbüloğlu bu ölkənin Xalq artisti oldu

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb.

Regioninfo APA-ya istinadən bildirir ki, fərmana əsasən, Polad Bülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close