Region

Petrosyanın 23 il əvvəl ABŞ-da keçirdiyi məxfi görüş

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə ABŞ-a etdiyi 9 günlük səfərlə bağlı bəzi gizli məqamlar üzə çıxıb. Məlum olub ki, səfər 137.371 dollara başa çatıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1994-cü ilin yayında Petrosyan ABŞ-a rəsmi səgərə gedib. Səfər çərçivəsində Ermənistan nümayəndə heyəti Vaşinqtonda, Detroitdə, Bostonda və Los-Ancelesdə olub. Səfər erməni icmasının 137.371 dollarlıq maliyyə dəstəyi ilə baş tutub.

Petrosyan Vaşinqtonda olarkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə gizli görüş keçirib. Ermənistan üçün son dərəcə əhəmiyyətli olduğu deyilən görüşün detalları indiyədək açıqlanmayıb.

Xatırladaq ki, görüş Bişkek razılaşmasından dərhal sonra, 1994-cü ilin yayında baş tutub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close