Dünya

Pentaqon və Dövlət Departamenti Ukraynaya silah verəcək

Pentaqon və ABŞ Dövlət Departamenti Ukraynaya tank əleyhinə raket və digər silahların çatdırılmasını nəzərdə tutan plan hazırlayıb. Regioninfo “Wall Street Journal” –a istinadən xəbər verir ki, hələlik Ağ Ev bu planı təsdiqləməyib.

Qəzetin məlumatına görə, ABŞ hərbçiləri və diplomatları silahların müdafiə xarakterli olmasını və Moskva tərəfindən təcavüzün qarşısını almaq üçün nəzərdə tutulduğunu bildirirlər. Pentaqon və Dövlət Departamentinin təklifinə əsasən Ukraynaya böyük ehtimalla “Javelin” raket kompleksləri, həmçinin hava hücumundan müdafiəni nəzərdə tutan digər vasitələr veriləcək.

Məlumatda qeyd olunur ki, tank əleyhinə olan raketlər Ukrayna qoşunlarının ön xətdən arxada olduğu ərazilərdə yerləşdiriləcək.

ABŞ administrasiyasında yüksək rütbəli məmur qeyd edib ki, silah tədarükü ilə bağlı məsələ Ağ evdə müzakirə olunmayıb, prezident Donald Tramp bu planlar barədə məlumatlandırılmayıb və onun bu barədə hələlik mövqeyi bəlli deyil.

Bəzi amerikalı və ukraynalı məmurlar bəyan edirlər ki, Ağ ev bu məsələ ilə bağlı yekun qərarı yalnız bir neçə ay sonra qəbul edə biləcək.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close