Region

Pentaqon Türkiyədən izahat tələb etdi

Rəsmi Ankara Rusiyadan S-400 zenit-raket kompleksləri almaq niyyətinə dair izahat verməlidir.

Regioninfo “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

“Türkiyə bizim NATO üzrə tərəfdaşımızdır. Bununla əlaqədar silahların uyğunlaşdırılması məsələsi olduqca mühümdür. Türkiyənin S-400 almasına dair məlumatlara gəldikdə isə Türkiyə qərarını izah etməlidir”, – Devis vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını anlamadığını bəyan edib: “Onlar nədən narahatdır? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir. Heç bir narahatlığa ehtiyac yoxdur. Biz Amerika ilə bununla bağlı dəfələrlə danışmışıq. Lakin onlarla alınmadı. Ona görə də istəyimizdən asılı olmayaraq biz S-400 ətrafında planlar qurduq.Zenit-raket kompleksləri ilə bağlı danışıqlar, demək olar ki, yekunlaşıb”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close