Qadın

Paltar yuyan zaman yol verilən 8 BÖYÜK SƏHV

Bugün demək olar ki, hər birimizin evində paltaryuyan maşın var. Lakin bu makinanın varlığı o demək deyil ki, bizim əvəzimizə bütün camaşırları qüsursuz yumalıdır. Paltarlarınız daha təravətli və uzunmüddətli olsun deyə bir sıra şərtlərə əməl etmək gərəkdir.
Regioninfo paltar maşınında camaşır yuyan zaman yol verilən səhvlərin siyahısını təqdim edir:
Paltaryuyan maşını təmizləməyi unutmayın
Paltaryuyan makinanın əsas vəzifəsi təmizlik yaratmaqdır. Lakin bu, o demək deyil ki, onun özünü təmizləməli deyilik. Öncə paltaryuyan maşının gözlərini tez-tez təmizləyin ki, yuyucu toz qalıb kirəcləşməsin. Hər dəfə paltar yuduqdan sonra makinanın qapağını açıb, yaxşıca silin ki, xoşəgəlməz qoxular olmasın.
Paltaryuyan maşının alt hissəsində saplar yığılan filtr olur. O hissəni 3 aydan bir təmizləmək lazımdır.
Bundan əlavə ildə bir dəfə makinanın barabanına yarım litr sirkə töküb, isti su rejimində boş halda yumaq lazımdır. Bu, paltaryuyan maşının bütün mexanizmini təmizləyir.
2. Eyni anda həddən çox camaşır yumayın
Paltaryuyan maşının üzərindəki çəki göstəricisi o demək deyil ki, içərisini həddən artıq yükləməliyik. Təzyiq və ağırlıq nəticəsində makinanın çalışma sistemi çökə bilər.
3. Düzgün bölüşdürmək
Bu hal demək olar ki, hər bir evdar xanıma məlumdur. Rəngli, ağ və qara camaşırları ayrıca bölüşdürüb, yuyun. İpək, yun və sintetik materialdan olan camaşırların da bölgüsünü aparın. Həssas materiallı geyimlərinizi soyuq su ilə minimal sıxma funkisyasını tənzimləyərək yuyun ki, tərkibini itirməsinlər.
4. Corabları xüsusi torbaya qoyub, ayrıca yuyun
Bu zaman corablar makinanın barabanına və digər paltarlara yapışmayacaq.
5. Yastıqları və adealları iki dəfə yuyun
Bu əşyaları ilk dəfə yuyucu toz ilə, ikinci dəfə isə təmizləyici vasitə istifadə etmədən aşağı sürətdə yuyun. Çünki bu cür camaşırlar bir dəfə yumaqla sabunlu sudan azad olmayacaq.
6. Çimərlik geyimlərini paltaryuyan makinada yumayın!
İstənilən növ çimərlik paltarları elastandan hazırlanıb. Odur ki, onları soyuq su altında əllə yumaq tövsiyə olunur.
7. Yuduğunuz paltarların düymələrini və zəncirbəndlərini bağlayın
Əks halda düymələr sökülə, zəncirbəndlər isə dişləri ilə digər əşyalarınızı cıza bilər.
8. Yuyucu tozdan qədərində istifadə edin
Paltar yuyan zaman maşındakı yuyucu vasitə qədərindən artıq olarsa, camaşırlar təmiz yuyulmayacaq, bu səfər də üzərinə təmizləyici tozun ləkəsi hopacaq.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close