İqtisadiyyat

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK Azərbaycanda 2017-ci il üçün neft hasilatının sutkada 60 min barrel azalacağını proqnozlaşdırıb.

Bu barədə qurumun neft bazarı üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, bu il ölkədə neft hasilatı sutkada 0,78 milyon barrel təşkil edəcək.

2017-ci ilin aprel ayında ölkədə aylıq hesabla neft hasilatı 40 min barrel artaraq 0,8 milyon barrelə çatıb.

İllik hesabla isə neft hasilatında 80 min barrel azalma müşahidə olunub. (Trend)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close