Mədəniyyət

Niyə baş kəsilmədi, qəhrəmanlar ölmədi?

“Taxt oyunları” serialının növbəti mövsümü sona çatdı. Bu buraxılışın ən yaddaqalan son epizodu 80 dəqiqədən ibarət oldu. ABŞ-da izləmə rekordu qıran bu bölümə nə az, nə çox 12,1 milyon nəfər baxdı.
Bu mövsüm haqda pərəstişkarların fikirləri də ziddiyiətli oldu. Təriflərlə bərabər, tənqid atəşinə tutulan ssenari müəllifləri blokbaster janrına yaxın seriyalar çəkməkdə günahlandırıldılar.
Publika.az kinotənqidçi Yeqor Moskvitin əfsanəvi serialın 7-ci mövsümü haqda peşəkar irad və fikirlərini təqdim edir:
“Sezon sona çatdı. Qəhrəmanlardan heç biri ölmədi. Kimin baş rolda kimin köməkçi obrazda olduğunu anlamaq çətinləşdi. Con Tolkinin sayəsində XX əsrin tamaşaçısı inandı ki, fantaziya janrlı əsərlər daha oxunaqlı və tələbedilən ola bilər. 1923-cü ildə Tolkinin 3 mövsümlü fantaziya əsərindən sonra kinematoqraf da bu ənənəyə sadiq qaldı. Özünə “qəddar tanrı” deyən Corc Martin bu ənənədən bir az da uzağa gedərək onlarla baş, yüzlərlə ikinci dərəcəli, minlərlə adsız qəhrəmanın iştirakı ilə möhtəşəm fantaziya janrlı əsərini ərsəyə gətirdi.
Odur ki, Martinin baş qəhrəmanları ilk mövsümlərdə ölürlər. Sağ qurtulanlar isə şan-şöhrətə doğru gedirlər. Hadisələrin bu gedişatı tamaşaçının pəjmürdə saxlayır. O hansı qəhrəmanların sonda 7 xanədanın kral və kraliçası olacağını anlaya bilmir. Odur ki, 7-ci mövsümü sona çatan 2017-ci ilin “Taxt oyunları”nın xülasəsi budur ki, serial öz tamaşaçısının qəlbində, şüurunda qəddar qaniçən şeytan oyadıb. Odur ki, bu itkisiz mövsüm onların təlabatlarını ödəyə bilmədi.
Artıq iki ildir ki, yaradıcı heyət pərəstişkarlarını xoşbəxt sonluqla sevindirilər. Lakin 5 ildir alışdığımız kədərli finaldan sonra bu hal bir az qıcıq və şübhə oyadır.
Əfsanəvi Corc Martin bildirir ki, şou tərəfdarları onu qabaqladıqları üçün serialdan uzaqlaşıb və artıq “Taxt oyunları”nın ssenarisini yazmaq fikiri yoxdur. Corc hətta iddia edir ki, son mövsümə baxmayıb. Buna baxmayaraq yazıçı hələ də şou müəlliflərinə təlimlər keçir.
Martin televiziya ssenaristi kimi işə başlayıb. Ən bahalı layihələrin müəllifi olub. Son iki mövsümdə isə pərəştişkarlar onun gedişini qüssə ilə qarşılayırlar. Lakin sön mövsüm bir daha sünbut edir ki, Martin bizi dönüşünə və yeni Qırmızı toya hazırlayır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close