Zaur Darabzadənin seçicilərlə görüşü olub

Bu gün 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan çoxsaylı uğurlu layihələrin gənc rəhbəri “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin seçicilərlə növbəti görüşü olub.

“Report” xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin akt zalında baş tutan görüşdə ictimaiyyət nümayəndələri, tanınmış simalar iştirak edib.

Aparıcı Emin Musəvi çıxış edərək, Zaur Darabzadəyə uğurlar arzulayıb. O, parlament seçkilərinin vacibliyindən danışıb. E.Musəvi gənclərin parlament seçkilərində fəal iştirakını və bunun ölkəmiz adına sevindirici hal olduğunu vurğulayıb.

Сообщение  43 Просмотры обновленный 23 дней тому назад

Çıxış edən Xalq artisti Tünzalə Ağayeva bildirib, seçki ilə bağlı psixologiyanı dəyişmək lazımdır:

“Biz şanslıyıq ki, seçən bizik. Cəmiyyət olaraq namizədimizi tanımağımız çox önəmlidir. Zaur inanır ki, çəkdiyi əziyyət boşa getməyəcək. Ümid edirəm ki, insanların rahatlığı üçün olan məsələlərin həllində, qanunların qəbul edilməsində rolu olacaq. O vətənə, dostluğa sadiq adamdır. O, bir-bir insanlarla görüşür, onların problemlərini öyrənir. Cəmiyyətimizə sağlam-doğru seçki arzulayıram”.

Daha sonra Xalq artisti Murad Dadaşov görüşün hamı üçün önəmli olduğunu vurğulayıb:

“Millət vəkili təmsil etdiyi ərazinin problemlərini tribunada çatdırmalıdır. Bunun üçün həmin insanın ən azı istəyi və təcrübəsi olmalıdır ki, problemləri ümumiləşdirsin. Biz istəyirik ki, parlamentdə bilikli insanlar təmsil olunsun. Mən Zaurun şəxsiyyətinə inanıram. İnanıram ki, seçkilərdən sonra Zaur itməyəcək, telefonunu bağlamayacaq. Ən nəhayət, insanların ölkənin ictimai-siyasi həyatında rol oynamasını və seçkilərdə iştirak etməsini istəyirəm”.

Tanınmış aparıcı Azər Qərib Zaur Darabzadəni 18 ildir tanıdığını deyib:

“O, hər şeyə özü nail olub. Zaur iddialı olub və öz biliyinə, savadına güvənib. Ona uğurlar arzulayıram”.

Daha sonra Zaur Darabzadə görüşə gələnlərə təşəkkür edərək, onları 2 Fevral - Gənclər günü münasibəti ilə təbrik edib:

“Əziz gənclər və özünü gənc hiss edənlərin bayramını təbrik edirəm. Mən illərdir gənclərlə işləyirəm. Çox şadam ki, buradasız. Mənə dəstək olan hamıya təşəkkür edirəm. Bir gənc olaraq onların problemlərini, qayğılarını və istədiklərini bilirəm. Ən əsası isə mən vətənimi, insanları sevirəm. Bu ölkədən getmək fikrim yoxdur. İstəyirəm ki, övladım, övladlarımız ölkəmizdə yaxşı təhsil alsın və yaşasın. Azərbaycanın güclü gələcəyi olsun”.

Sonda namizəd seçicilərin suallarını cavablandırıb.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии