Zaqatalada evdən 10 min manatlıq qızıl oğurlayanlar tutuldu

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanova məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən iki nəfər, zərərçəkmişin həmkəndliləri - əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar. Oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Сообщение  95 Просмотры обновленный 1 месяц тому назад

Zaqatalada evdən 10 min manatlıq qızıl oğurlayanlar tutuldu

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Image

Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии