Yüksək sürət qəzaya səbəb oldu

Yüksək sürət üç avtomobilin əzilməsinə səbəb olub.

Oxu.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

“Chevrolet Camaro” markalı avtomobilin sürücüsü Koroğlu istiqamətində hərəkətdə olduğu zaman idarəetməni itirərək eyni istiqamətində hərəkətdə olan “Kia Sportage” markalı minik maşınına, daha sonra səkiyə çırpılıb. Zərbənin təsirindən “Kia” “Hyundai elantra” markalı avtomaşına dəyib.

Сообщение  34 Просмотры обновленный 17 дней тому назад

Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra prospektdə uzun tıxac yaranıb.

Avtoqəzanın təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq. 


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии