Xalqa müraciət edən II Yelizavetanın paltarındakı gizli mesaj

Böyük Britaniya kraliçasının koronavirus epidemiyası ilə əlaqədar xalqa müraciəti zamanı gizli mesajı aşkarlanıb. Bu barədə “Daily Mail” xəbər yayıb.

Yayım zamanı II Yelizaveta əynindəki firuzəyi-yaşıl rəngdə paltar geyinib və üzərinə 1893-cü ildə hazırlanan broş taxıb.

“Styled By Susie” moda saytının stilisti Syuzi Haslerin sözlərinə görə, Kraliçanın belə geyim seçməsi təsadüfi deyil.

“Bu, ümid və şəfanı simvolizə edən sakitləşdirici rəngdir. Hansı ki, hazırkı çətin günlərdə hamımızın ehtiyacı olan şeydir. Bu şəkildə o, təbəələrinin əhval-ruhiyyəsindən narahat olduğunu göstərir", - o, bildirib.

Bundan əlavə, moda mütəxəssisi hesab edir ki, II Yelizaveta eyni tondan istifadə edən Britaniya Milli Səhiyyə Xidmətinin həkimləri ilə həmrəy olduğunu göstərib.

Qeyd edək ki, müraciət aprelin 5-də 93 yaşlı kraliçanın şahzadə Filiplə təcrid olunduğu Vindzor qəsrindən edilib.

Сообщение  170 Просмотры обновленный 7 месяцы тому назад

Xalqa müraciət edən II Yelizavetanın paltarındakı gizli mesaj

Monarx çıxışı zamanı nizam-intizamın vacibliyini vurğulayıb, səlahiyyətlilərin tövsiyələrini yerinə yetirən və evdə qalan britaniyalılara təşəkkür edib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861