Xalq artisti 18 yaşlı oğlunu evləndirir
Onların bu nikahdan Çinarə adlı bir qız övladı da var.
Xalq artisti Simarə İmanova oğlunu evləndirir.
Qafqazinfo xəbər verir ki, bu barədə muğam ustadı “5-də 5” proqramına qonaq olarkən bildirib.
Sənətçi 18 yaşlı oğlu Məhəmmədin tezliklə ailə quracağını söyləyib:
“Gözləmədiyim anda xoşbəxtlik oldu. Oğlumu evləndirirəm. Qız evinin xəbəri var, doğmalarımın isə yox. Elçi gedəcəyik. Çox sadə insanlardır, uzaq qohumumuzdur. Oğlumun öz seçimidir”.
Qeyd edək ki, xanəndə 2001-ci ilin oktyabrında Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub.
Onların bu nikahdan Çinarə adlı bir qız övladı da var.