Xırdalanda 30-dan çox şəxsi aldadıb, 400 min manat pulu ələ keçirdi - MƏHKƏMƏ

Dələduzluqda təqsirləndirilən Cavid Umudlunun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Oxu.Az xəbər verir ki, Ali Məhkəmədə işə hakim Fərhad Kərimovun icraatında baxılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Umudlu səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.Umudlu Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib.

Həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən “Nursu Əmlak” şirkətinin ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və kənar şəxslərə satılıb. Nəticədə, C.Umudlu vətəndaşların hamısına ümumilikdə 400 min manatdan çox ziyan vurub.

C.Umudlu alıcıların əksəriyyətini ofisə çağıraraq, onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

Сообщение  75 Просмотры обновленный 3 месяцы тому назад

Xırdalanda 30-dan çox şəxsi aldadıb, 400 min manat pulu ələ keçirdi - MƏHKƏMƏ

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan C.Umudluya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861