Vaqif Əsədov: “Yük avtomobili sürücüləri düşünməsinlər ki, polisi aldadırlar”

Son günlər karantin postlarında yük avtomobilləri ilə hərəkət edən, ancaq müvafiq sənədləri olmayan sərnişinlər aşkarlanır. Bu isə o deməkdir ki, yük maşını sürücüləri onlar üçün yaradılmış vəziyyətdən sui-istifadə edirlər.

Avtosfer.az-ın məlumatına görə, onlarla belə fakt aşkarlandığı üçün aidiyyəti dövlət qurumları hərəkətə keçib. Həmin sürücülər karantin rejimini pozduqlarına görə cəzalandırılıb.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, daha ciddi tədbirlər görülməlidir. “Bu cür sürücülər aşkar edildikdə onların icazə məsələsi yenidən müzakirə edilməli və icazələri ləğv edilməlidir. Çünki həmin əməli törədən sürücü bunu yenidən təkrar edəcək”.

Ekspert bildirib ki, karantin rejiminin uzadılması məsələsi hazırda gündəmdə olduğu üçün bu cür sürücülərə qarşı nəzarət gücləndirilməlidir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Avtosfer.az-a bildirib ki, xüsusi karantin rejimi dövründə sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, fəaliyyətlərini “Fərqlənmə nişanı” əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatına başlanılıb: “Bu günə olan statistikaya əsasən, artıq 2549 sürücü qeydiyyatdan keçirilib. Ancaq təəssüflər olsun ki, bu müddət ərzində tərəfimizdən aşkarlanan sui-istifadə hallarına da rast gəlinir.

Portalda qeydiyyatdan keçdikdən sonra göndərilən bildirişlərin təyinatı üzrə istifadə olunmaması, yük avtonəqliyyat vasitələri sürücülərinin onlara bu həssas dönəmdə yük daşımaları üçün verilən icazə imkanlarından qeyri-qanuni sərnişin daşımaları üçün istifadə etməsi halları, lüzumsuz yerə (yüksüz) avtonəqliyyat vasitəsindən istifadə edərək yollarda süni sıxlığın yaranmasına şərait yaratdıqları ilə bağlı əməkdaşlarımız və aidiyyəti strukturların əməkdaşları tərəfindən təsbit edilən qanun pozuntuları daha sərt tədbirlərin tətbiqini qaçılmaz edir. Karantin qaydalarına riayət etmək ölkədə həyata keçirilən tədbirlərə dəstəkdir. Bu dəstəyi göstərmək əvəzinə, yaradılan şəraitdən sui-istifadə edənlərə qarşı cəzalar sərtləşdiriləcək”.

Bakı şəhər Dövlət Yol polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, yol polisi DANX-ın həyata keçirdiyi tədbirlərə qoşulur və bunu dəstəkləyir: “Yol polisinin nəzarət postlarında sürücülərlə yanaşı, sərnişinlər də yoxlanılır və müvafiq sənədlər olmadıqda tədbirlər görülür”.

V.Əsədov bildirib ki, sənədləri qaydasında olmayan sərnişinləri daşıyan yük avtomobili sürücüləri ilə bağlı müraciət olunur ki, həmin şəxslərin hərəkəti məhdudlaşdırılsın.

Сообщение  85 Просмотры обновленный 4 месяцы тому назад

Vaqif Əsədov: “Yük avtomobili sürücüləri düşünməsinlər ki, polisi aldadırlar”

Bölmə rəisi fiziki və hüquqi şəxslərə müraciət edib. Bildirib ki, fiziki şəxslər qanunlara əməl etməli, hüquqi şəxslər isə nəzarəti gücləndirməlidir: “Son zamanlar bu cür sürücülər aşkarlanır. Yük avtomobili sürücüləri düşünməsinlər ki, yol polisini aldadırlar. Əslində, onlar özlərini aldadırlar. Onların aldıqları icazə ləğv oluna bilər”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Vaqif Əsədov: “Yük avtomobili sürücüləri düşünməsinlər ki, polisi aldadırlar”
  • VuVu Uma