UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.
Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı qeyd olunub.
ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.
UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib”, - deyə L.Abdullayeva əlavə edib.
