Təhsil haqqını dövlətin ödəyəcəyi tələbələr - Nazir müavini şərtləri açıqladı

“Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarı təxminən 22 min tələbəni əhatə edəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev “Real” TV-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qərarda ali təhsil pilləsi ilə yanaşı, orta ixtisas və peşə təhsili alan tələbələrdən söhbət gedir:

“Azərbaycanda 252 min tələbə var. Onların 50 faizdən bir qədər çoxu ödənişli təhsil alır. Bu qərar ödənişli təhsil alan tələbələrə şamil ediləcək”.

İ.İsayev bildirib ki, koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi, təhsil sahəsinə də təsirsiz ötüşməyib:

“Hazırda məsafədən təhsil prosesinə başlanılıb. Düşünürük ki, təlim-tədris prosesinin belə keçirilməsi ilə təhsilalanlarımıza proqramların mənimsənilməsi imkanları yaradılacaq. Eyni zamanda, burada maddi təsirlər də vardır. Əhalinin aztəminatlı həssas təbəqəsinə aid olan tələbələrimiz var. Onlar təhsil haqqını ödəməkdə çətinlik çəkəcəklər.

Çünki bu vəziyyət ailələrin gəlirlərinin azalması ilə nəticələnə bilər. Hökumətin müvafiq qərarına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verildi.

Burada şərtlər var. Dövlətdən sosial yardım alan ailə üzvləri, hər iki valideyni işsiz kimi qeydiyyatda olan, I və II dərəcəli əlilliyi olan, yaşa görə əmək pensiyası alan və ya yaşa görə sosial müavinət alan şəxslərin övladlarına şamil olunacaq”.

Nazir müavini qeyd edib ki, tələbələr hər zaman dövlətin diqqət mərkəzində olub:

“Ötən dövrdə də bu diqqət mövcud olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları, fərmanları ilə bir çox kateqoriyadan olan, ödənişli təhsil alan tələbələrimizin ödənişləri dövlət büdcəsindən təmin edilir.

Bu kateqoriyadan olan tələbələrin sayı təxminən 17 min nəfərdən artıqdır. Böyük bir qismi məcburi köçkün ailələrindən, şəhid ailəsi, valideyn himayəsindən məhrum olmuş tələbələrdir. Eyni zamanda, ötən ilin martın 1-dən birinci və ikinci qrup əlilliyi olan və sağlamlıq imkanları məhdud olan tələbələr bu kateqoriyaya əlavə edilib.

Сообщение  87 Просмотры обновленный 4 месяцы тому назад

Təhsil haqqını dövlətin ödəyəcəyi tələbələr - Nazir müavini şərtləri açıqladı

Ötən il bu təyinata 32 milyon manat, bu il 39,9 milyon manat vəsait sərf ediləcək”.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Təhsil haqqını dövlətin ödəyəcəyi tələbələr - Nazir müavini şərtləri açıqladı
  • VuVu Uma