Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü

Səhər saatlarında balıq təsərrüfatına daxil olan sahibkar hər tərəfin dağıldığını görüb. Nə baş verdiyini anlamaq üçün təhlükəsizlik kameralarına baxdıqda isə gördüklərindən şoka düşüb.

Məlum olub ki, qış yuxusundan ac oyanan ayı koronavirus tədbirləri çərçivəsində müvəqqəti bağlanan balıq təsərrüfatına dadanıb. Qapını sındıraraq, içəri girən vəhşi heyvan soyuducunu aşırıb və qarnını doyurub.

Bununla bağlı maraqlı görüntüləri “Demirören Haber Ajansı” (DHA) paylaşıb.Bildirilir ki, kadrlar Türkiyənin Trabzon şəhərinin Tonya rayonundandır.

Karantinlə əlaqədar müəssisəsi müvəqqəti bağlı olan sahibkar Cəmil Arslan ayıları çox sevdiyini deyib.

“Çox zərər dəyməyib. Olsa da, bir əhəmiyyəti yoxdur. Çünki çox sevimli heyvanlardır, onları sevirik. İnşallah, epidemiya bitəndən sonra müəssisəni yenidən açarıq. Burada ətrafdakı evlərdə də ayılar yemək axtarır, izlərinə çox rast gəlmişəm. Ayılarla bir növ qonşu kimi yaşayırıq…

Сообщение  187 Просмотры обновленный 7 месяцы тому назад

Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü

İnanın, hər zaman gəlməsini istəyərəm, ancaq qapını sındırmadan girsə, yemək verərəm, hətta balıq da verərəm, problem deyil”, - deyə sahibkar gülərək bildirib.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861