Türkiyəli bəy gəlin aparmaq üçün gəldiyi Azərbaycanda çarəsiz qaldı

Türkiyənin Ərdəhan vilayətindən Azərbaycandan gəlin aparmağa gələn bəy və qohumları sərhədlər bağlandığı üçün burada qalıb.

Bu barədə CNN xəbər yayıb.

Bildirilir ki, 32 yaşlı bəy Türkay Türköz əmisi oğlu 42 yaşlı Murad Türköz və onun azərbaycanlı xanımı 35 yaşlı Aybəniz Türközlə birlikdə martın 11-də Qazax rayonunun İşıqlı kəndinə gəlib. Burada Aybənizin rəfiqəsi Şahnisə Məmmədovanın Türkay ilə nişan mərasimi keçirilib, qız toyu olub.Bundan sonra, martın 13-də onlar Gürcüstandan keçməklə Türkiyəyə getmək istəyiblər. Ancaq koronavirus epidemiyası ilə əlaqədar Aktaş sərhəd-keçid məntəqəsi bağlı olduğundan geri qayıtmaq məcburiyyətində qalıblar.

Türkay Türköz Türkiyədə qalan valideynlərinə zəng edərək, baş verənləri danışıb. Bəyin anası bundan kədərlənib:

“Evlənmək üçün qürbətə gedən oğlum və yaxınlarımız Azərbaycanda çarəsiz qalıblar. Toy yeməkləri belə hazır idi. Sərhədlər bağlandıqdan sonra sevincimiz kədərə çevrildi”, - deyə ana Sadəgül Türköz bildirib.O, prezidentə müraciət edərək, evdə görmə qabiliyyətini itirmiş həyat yoldaşından başqa heç kimin olmadığını deyib:

“Oğlum bizim tək dayağımız idi. Övladımı Vətənə qaytarmaq üçün böyüklərimizdən yardım istəyirəm”.

Bəy isə başına gələnlərlə bağlı bunları deyib:

“Əmim oğlu Murad Türközün azərbaycanlı xanımının ölkəsində bir rəfiqəsi var idi. Telefonla tanış olduq, görüşdük və evlənməyə qərar verdik. Murad Türköz və xanımı Aybənizlə birlikdə martın 11-də Azərbaycana gəlib, Şahnisəni istədik. Ailəsinin razılığından sonra qıza üzük taxdıq.

Сообщение  131 Просмотры обновленный 4 месяцы тому назад

Türkiyəli bəy gəlin aparmaq üçün gəldiyi Azərbaycanda çarəsiz qaldı

Martın 13-də isə koronavirus səbəbindən sərhədlərin bağlandığını öyrəndik. Türkiyəyə qayıda bilmədik və xanımımın kəndinə geri dönmək məcburiyyətində qaldıq. Prezidentdən bizə kömək etməsini istəyirəm. Çünki anam və atam kənddə tək yaşayır. Atam görmə qabiliyyətini itirib. Ailəmin tək övladı mənəm. Evdə heyvanlarımız var, əkin vaxtıdır. Bütün işlərim yarımçıq qalıb”, - deyə o, bildirib.

Image
Image
Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861