Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

Türkiyənin nüfuzlu “Yeşil İğdır” və “15 Temmuz” qəzetləri “Naxçıvanda koronavirusla mübarizə yüksək səviyyədədir” sərlövhəli məqalə yayıb.

NUHÇIXAN AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Naxçıvan Muxtar Respublikasında görülən çoxistiqamətli tədbirlərdən bəhs olunur. Diqqətə çatdırılır ki, muxtar respublikada koronavirusla mübarizə tədbirləri Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq sistemli şəkildə və nizamlı qaydada aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun mövzu ilə bağlı fikirlərini oxucuların diqqətinə çatdıran nəşrlər Azərbaycanda eləcə də Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, ictimaiyyətin bu təşəbbüsə fəal şəkildə qoşulması barədə türkdilli oxucuları geniş məlumatlandırıb.

Сообщение  125 Просмотры обновленный 4 месяцы тому назад

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

Yazıda, həmçinin vurğulanır ki, Türkiyə ərazisindən Naxçıvana daxil olan azərbaycanlılar üçün yaradılan yüksəksəviyyəli karantin yerlərində onların bütün zəruri ehtiyacları qarşılanır. Naxçıvan əhalisi yerli hakimiyyətlə birgə koronavirusa qarşı mübarizədə fəal iştirak edir. İndiyədək muxtar respublikada infeksiya daşıyıcısı aşkar edilməyib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır
  • VuVu Uma