Sumqayıtlı gənclər Emin Hacıyevi izdihamla qarşıladı

Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Emin Hacıyevin seçiciləri ilə növbəti görüşü keçirilib. Bu dəfə sumqayıtlı gənclərlə görüşən E.Hacıyev izdihamla qarşılanıb. Sumqayıtlılar ona dəstək olduqlarını ifadə ediblər.

Görüşdə iştirak edən xalq artistləri Murad Dadaşov və Tünzalə Ağayeva, yazıçı Günel Anarqızı, tanınmış teleaparıcı, “Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov, karate idman növü üzrə beş dəfə dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev, Sumqayıt Dövlət Universitetinin müəllimi, dosent Elmar Xəlilov, sumqayıtlı gənc şair Elvin Əlizadə deputatlığa namizəd Emin Hacıyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərindən bəhs edib, gəncləri gənc namizədə dəstək olmağa çağırıblar.

Сообщение  54 Просмотры обновленный 22 дней тому назад

“Ümummilli lider Heydər Əliyev Sumqayıtı istedadlı gənclər şəhəri adlandırıb. Bu, həqiqətən də, belədir, sumqayıtlı gənclər istedadları, intellektləri, zəhmətkeşlikləri ilə ölkənin ən aparıcı qurumlarında, şirkətlərində mühüm vəzifələrdə çalışırlar. Mənim seçicilərim arasında da belə gənclər üstünlük təşkil edir. Etimad göstərilib, millət vəkili seçiləcəyim təqdirdə biz həmin gənclərlə sıx işləyəcəyik”, - deyə Emin Hacıyev qeyd edib.

Platformasının başlıca tezislərinə toxunan namizəd daha sonra gəncləri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии