Sevgilisi ilə münasibətdə olmaq istəyən dostunu döyüb öldürdü - MƏHKƏMƏ

Xaçmaz rayonunun Nabran kəndində qətl törətməkdə ittiham olunan Xazrıyev Oder Fazil oğlunun kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək iclas aprelin 22-nə təyin edilib.

Şikayətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Xazrıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Quba rayonu, Hil kəndinin sakini O.Xazrıyev dostu Aydın Durxanovu döyərək qətlə yetirib.

Belə ki, O.Xazrıyev Xaçmaz rayonunun Nabran kəndində yaşayan Olqa İvanovanın evinə gəlib. O, özü ilə gətirdiyi dörd şüşə içkini Aydın Durxanov və digər şəxslərlə birlikdə içdikdən sonra Olqa ilə evin arxa tərəfində olan otağa keçərək, cinsi əlaqədə olub. Onlar cinsi əlaqədə olduqları vaxt A.Durxanov otağın qapısını sındıraraq, içəri daxil olub və Olqa ilə cinsi münasibətdə olmaq istədiyini bildirib. Bu zaman kişilərin arasında mübahisə yaranıb. Nəticədə, O.Xazrıyev Aydını döyərək qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Сообщение  151 Просмотры обновленный 8 месяцы тому назад

Sevgilisi ilə münasibətdə olmaq istəyən dostunu döyüb öldürdü - MƏHKƏMƏ

O.Xazrıyev elan olunan ittiham üzrə özünü təqsirli bilib


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861