Senatdakı respublikaçılar toplaşmaqdan imtina etdilər - YENİLƏNİB - CANLI
Bu barədə “Washington Post” nəşri məlumat yayıb.
Mənbə yazır ki, beləliklə də demokratların D.Trampı səlahiyyət müddəti bitmədən vəzifəsindən kənarlaşdırmaq planı reallaşmayacaq.
20:16
ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.
Bu barədə öz “Twitter” səhifəsində parlament müxbiri Jamie Dupre yazıb.
O, qeyd edib ki, bir saat ərzində konqresmenlər Prezidentin vəzifəsindən kənarlaşdırılması barədə debatların ardıcıllıq qaydasını müəyyən edəcək, daha sonra impiçmentlə bağlı iki saat müzakirələr aparılacaq.
Qeyd edək ki, hazırda Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil edir.