Seçkilərdən sonra Milli Məclisin spiker və müavinləri necə seçiləcək?

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, seçkilərin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını (Seçki Məcəlləsinə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Сообщение  68 Просмотры обновленный 20 дней тому назад

Seçki Məcəlləsinə görə, Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

Dairə Seçki Komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Növbəti çağırış Milli Məclisin ilk iclasında parlament sədri seçilir. Milli Məclisin sədri deputatlar sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.

Milli Məclisin sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.

Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı Komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.

Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir.

Namizədlərin heç biri azı 63 səs almadıqda, Milli Məclisin Daxili Nizamnaməsinin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclis sədrinin birinci müavininin seçkiləri keçirilir.

Milli Məclis sədrinin seçilməsi parlamentin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır. Qeyd edək ki, növbəti çağırış Milli Məclisin ilk iclasını ən qocaman deputat açır və ilk iclası o aparır. 

Milli Məclis sədrinin müavinləri isə Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir.

Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər.

Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.

Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.

Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir.

Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии

  • Seçkilərdən sonra Milli Məclisin spiker və müavinləri necə seçiləcək?
  • Нармина Аскер-заде