Sabahın havası: Duman, çiskin

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Martın 21-22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Сообщение  59 Просмотры обновленный 18 дней тому назад

Sabahın havası: Duman, çiskin

Havanın temperaturu  gecə 3-8° isti, gündüz  8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии