Sərhədə yığılan qaçqınlar Yunanıstana keçdilər
Qeyd edək ki, Türkiyə Avropa sərhədlərini açdıqdan sonra suriyalı, əlcəzairli, əfqan qaçqınlar Yunanıstan sərhədinə yığılıblar.

Türkiyədən Yunanıstana quru yolla keçən qaçqınların sayı açıqlanıb.
Bu barədə “Haber Global” Türkiyənin Daxili İşlər nazirinin müavini İsmayıl Çataklının verdiyi açıqlamaya əsasən məlumat yayıb.“Sərhəddən quru yolla Yunanıstana 138647 qaçqın keçib”, - deyə Çataklı bildirib.
Qeyd edək ki, Türkiyə Avropa sərhədlərini açdıqdan sonra suriyalı, əlcəzairli, əfqan qaçqınlar Yunanıstan sərhədinə yığılıblar.