Səhv nişan alaraq ətrafdakıları qana boyadı

İstanbulun Baxçalıevlər rayonunda yerləşən restoranların birində ayağından bıçaqlanan kişi silahı çıxararaq ona xəsarət yetirən şəxsə atəş açıb, lakin güllə qəlpəsi ətrafda əyləşən və münaqişəyə əlaqəsi olmayan müştərilərə dəyib.

DHA məlumat verir ki, tapançadan açılan atəş nəticəsində iki nəfər kənar şəxs yaralanıb. Güllə onlardan birinin başına dəyib.

Mübahisə edən şəxslər dərhal hadisə yerindən uzaqlaşıblar. Restoranda olan şəxslər polis və təcili tibbi yardım xidmətinə zəng ediblər. Xoşbəxtlikdən baş nahiyəsindən xəsarət alan şəxsin həyatı üçün təhlükə yoxdur.

Сообщение  49 Просмотры обновленный 8 дней тому назад

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии