Rusiyadan qanunsuz olaraq pul çıxarmaq istəyən Azərbaycan vətəndaşları saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd Xidmətinin əməkdaşları Azərbaycan vətəndaşlarını saxlayıb. Onlar 17 min ABŞ dolları (28900 manat) məbləğində vəsaiti ölkədən çıxarmağa cəhd göstəriblər.

Zamana.info Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Azərbaycan vətəndaşlarını Tahirkənd-Qazmalar sərhəd keçid məntəqəsində saxlayıblar. Sərhəddən keçirmək istədikləri pul vəsaiti Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən müsadirə olunub. Vəsait dövlət mülkiyyətinə köçürüləcək.

Сообщение  62 Просмотры обновленный 12 дней тому назад

Bundan əlavə, qanun pozan şəxsləri iki ilədək həbs cəzası və anoloji müddətə icbari əməyə cəlb olunma gözləyir.


Твоя реакция?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
0 Комментарии