Rusiya təyyarəsi 34 türk əsgərini şəhid etdi, türklər bütün hərbi gücü ilə... - İdlibdə GƏRGİNLİK

İdlibdə 34 türk əsgərinin həyatını itirdiyi hücum Rusiya təyyarəsi tərəfindən gerşəkləşdirilib.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Ceffri iddia edib.

Suriyanın İdlib şəhərindəki vəziyyətlə bağlı fikirlərini açıqlayan Ceffri Rusiya və Əsədin İdlibdə qalib gələcəyinə inanmadığını deyib.

Suriyanın şimal qərbində yerləşən İdlib şəhərindəki son hadisələri qiymətləndirən C.Ceffri barışıq üçün ABŞ-ın bütün təkliflərini Rusiyanın rədd etdiyini qeyd edib. O bildirib ki, atəşkəs həqiqi və daimi olmalıdır. Bölgədə atəşkəsi heç kəsin poza bilməyəcəyi bir sərhəd təyin edilməlidir.

İdlibdə humanitar fəlakətdən də böyük bir prosesin getdiyini vurğulayan Ceffri atəşkəsin nəzarətdə qalmalı olduğunu və təhlükəli beynəlxalq bir vəziyyətin yarandığını deyib.

ABŞ nümayəndəsi Suriyada müxalifətin əlindəki əraziləri əvvəllər rejimin Rusiyanın köməyi ilə aldığını, lakin İdlibdə hadisələrin fərqli məcrada cərəyan edəcəyini bildirib: “Rusların və Əsədin İdlibdə qalib gələcəyini düşünmürəm. Çünki türklər 3 milyon qaçqına 4 milyonun da əlavə olunmasını gözə ala bilməzlər. Belə bir ehtimal olsa, Türkiyə miqrant probleminin altından çıxa bilməz. Bu səbəblə də hücumları dayandırmaq üçün Türkiyə hərbi gücünü əhəmiyyətli ölçüdə istifadə edəcək”.

Сообщение  123 Просмотры обновленный 5 месяцы тому назад

Rusiya təyyarəsi 34 türk əsgərini şəhid etdi, türklər bütün hərbi gücü ilə... - İdlibdə GƏRGİNLİK

Bundan əlavə, ABŞ nümayəndəsi bölgədə Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlməsinin ciddi gərginlik yaradacağını vurğulayıb.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Rusiya təyyarəsi 34 türk əsgərini şəhid etdi, türklər bütün hərbi gücü ilə... - İdlibdə GƏRGİNLİK
  • VuVu Uma