Qaraqaya uğrunda döyüşlər: Oxu.Az-ın faktları / Ermənistanın “feyk”ləri

Tovuzdakı hərbi toqquşmalar zamanı Ermənistanın rəsmi mövqeyini neçə dəfə dəyişdirdiyinin fərqinə vardınız? Rəsmi və qeyri-rəsmi şəkildə, o cümlədən saxta bəyanatlarla necə manevr etdi, daha sonra isə onları təkzib etdi? Bəs Azərbaycan ictimaiyyətinin bir hissəsi bu yalançı və reallıqdan uzaq təbliğata necə uydu?

Сообщение  66 Просмотры обновленный 12 дней тому назад

Qaraqaya uğrunda döyüşlər: Oxu.Az-ın faktları / Ermənistanın “feyk”ləri

Xoşbəxtlikdən, toqquşmaların ilk günlərindən Oxu.Az-ın jurnalistləri və onların cərgəsində də mən - sizin sadiq bəndəniz döyüş bölgəsinə getdik.

Razılaşın ki, bu günlərdə müxtəlif səviyyədə mütəxəssislər və politoloqlar tərəfindən kifayət qədər bəyanatlar verildi, Ermənistanın və dünya siyasətindəki digər görünməyən oyunçuların uzağa yönəlmiş planları ilə bağlı çoxlu fərziyyələr verildi. Buna görə də, əziz oxucu, Tovuzda baş verənlərə fərqli bir rakursdan - məhz fotoqraf Ramil Zeynalovun obyektivi və bu sətirlərin müəllifinin müşahidələri vasitəsilə baxmaq daha yaxşı olar.

Yerevan erməni tarixçisi və hərbi ekspert Artur Yeqiazaryanın ağzı ilə hərbi qüvvələrinin “Azərbaycanla sərhəddə 140 hektar ərazini azad etməyə nail olduğunu” bildirib, bu isə “çox cəfalar çəkmiş” xalqın yalnız azərbaycanlıların qaz kəmərini və Gürcüstan-Ermənistan yolunu nəzarətə götürmək cəhdinin qarşısını almağa kömək etməklə qalmayıb, həm də Azərbaycan-Gürcüstan avtomagistralını hədəfdə saxlamağa kömək edib.

Yeqiazaryanı oxuduqca başa düşürsən ki, söhbət Tovuzun Ağdam kəndindəki strateji əhəmiyyətli Qaraqaya yüksəkliyindən gedir. Məhz buradan respublika əhəmiyyətli Azərbaycan-Gürcüstan avtomagistralı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu və neft-qaz dəhlizlərinə nəzarət olunur.

Aşağıdakı fotoda “Azərişıq”ın əməkdaşı məhz həmin Qaraqayanın fonundadır. O, Ermənistan Silahlı Qüvvələrinin Ağdam kəndinə minaatan atəşinin nəticələrini aradan qaldırır.

Bağışlayın, necə olur ki, gündəlik hesabatlarında Azərbaycan diversantlarının hücumlarının qarşısını aldıqlarını bildirən erməni fırıldaqçıları Bakıdan gəlmiş jurnalistlərin onların postları çəkməsinə və kommunikasiya işçisinin “Yeqiazaryanın aldığı hektarlarda” işləməsinə icazə verib? Təbii ki, əgər həmin yüksəkliyə sahib olsalar, icazə verməzdilər.

Cahillik və həyasızlıq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanda, əgər konkretləşdirsək, onun Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə irəliləməsi barədə bəyanatlarında birləşən iki qütbdür.

Ovannisyanın sözlərinə görə, erməni mövqelərinin yaxşılaşdırılması prosesi qalıcı xarakter daşıyır, bu həm də Naxçıvan istiqamətinə aiddir. Yeqiazaryandan fərqli olaraq, Ovannisyan rəsmi olaraq hektarlardan danışmaqdan imtina edib.

“Gəlin, mən konkret hektarları açıqlamayım. Mən elə həmin gün açıqlama verdim ki, əgər biz Azərbaycan kimi səs-küy qaldırmırıqsa, bu o demək deyil ki, öz mövqelərimizi yaxşılaşdırmırıq. Bu daimi prosesdir, müxtəlif istiqamətlərdə gedir. Bu, həmçinin Naxçıvan istiqamətinə də aiddir”, - Ovannisyan bildirib.

Şübhəsiz ki, Ermənistan Müdafiə Nazirliyinin açıqlamaları daha çox daxili təbliğata və erməni əhalisinin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmağa yönəlib. Bunu həmçinin erməni tərəfinin əlində heç bir faktın olmaması da təsdiqləyir.

Ermənistanın Tavuş bölgəsinin Çinari kəndi Ramil Zeynalovun obyektivinin hədəfində olub. Maraqlıdır “cəsur” erməni əsgərləri hara getmişdilər ki, Bakıdan gəlmiş elə həmin qonaqlar “erməni mövqeləri”ni və kəndlərini belə sərbəst şəkildə çəkə bilirlər? Hə, yəqin ki, onlar 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum keçirib Azərbaycanın 110 kilometr ərazisini – Cünnüt kəndi və Xunut, Ağbulaq, Qızılqaya və Mehridağ yüksəkliklərini geri qaytardığı Naxçıvan istiqamətində öz mövqelərini yaxşılaşdırırdılar.

Düzdür, sonradan Ovannisyan “rəsmi Yerevan, Müdafiə Nazirliyi heç vaxt qoşunlarımızın hansısa yüksəkliyi aldığını söyləməyib” deməklə öz bəyanatını təkzib etdi.

Yox-yox, düşünməyin ki, Anaitin (erməni sevgi ilahəsi – red.) oğlunun vicdanı oyanıb. Bütün iş baş verən hadisələr haqqında bütün həqiqətləri dünya və erməni ictimaiyyətinin diqqətinə birbaşa hərbi fəaliyyətlərin episentrindən çatdıran Azərbaycan jurnalistlərindədir. Məhz bu da Ovannisyana likbez hazırladı.

Erməni təbliğatı hələ də arzuolunanı həqiqət kimi qələmə verməyə cəhd edir. Guya, azərbaycanlılar “UAZ”la hücuma keçib və əraziləri ələ keçirməyə çalışıblar.

Əvvəla, hərbi əməliyyatlar birbaşa Ermənistanla sərhəddəki Azərbaycan ərazisində başlayıb.

İkincisi və ən əsası, erməni tərəfinin almaq istədiyi yüksəklik onsuzda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Ərazinin relyefini nəzərə aldıqda isə bu istiqamətdə daha vacib və daha strateji mövqe yoxdur. Müvafiq olaraq, Azərbaycan ordusu üçün cəbhənin bu istiqamətində irəliləmək mənasızdır.

Bəli, sərhəddəki bu məntəqə Azərbaycanın tarixi ərazisidir, lakin buraya hərbi nəzarət 2005-ci ildə Zahid Əliyevin komandanlığı altında yaradılıb.

Tovuzdakı hərbi toqquşmaların ilk dəqiqələrindən etibarən Azərbaycan sərhəd yaşayış məntəqələrini - Çinari, Movses kəndlərini və başqalarını atəşə tutmaqda ittiham olunurdu. Lakin Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın bütün ittihamları foto və videolarla hələ də təsdiqlənməyib. Görünür, Stepanyan bu yolla diqqəti qurumuna tabe olan qüvvələrin Azərbaycan ərazisində törətdiyi cinayətlərdən yayındırmağa çalışırdı.

Və birdən Ermənistanın birinci xanımı Anna Akopyan özü bəyan edir ki, “Movsesdəki vəziyyət daha sakit olub, bəlkə də ona görə ki, təzəlikcə baş verən atışmalar zamanı kənddəki evlərdən heç biri zərər görməyib”.

Tovuzda baş verən, dörd gün davam edən hərbi toqquşmalarda sizin başkəsənləriniz (onları başqa cür adlandırmaq olmaz), Azərbaycan ordusunun Qaraqaya yüksəkliyindəki mövqeləri ilə yanaşı, Ağdam, Vahidli, Dondar Quşçu, Əlibəyli kəndlərini də artilleriya zərbələrinə məruz qoydular. Sizdən və sizin təbliğatçılarınızdan fərqli olaraq, məhz şəkillər - onlar həqiqəti söyləyirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Tovuz rayonunda yaşayış məntəqələrinə artilleriya zərbələri bütün digər səbəblərlə yanaşı, yerli əhalini qovmaq və yeni əraziləri ələ keçirmək məqsədi daşıyırdı.

Buna sübut fotoya əsaslanan saxta xəbərlərin dövriyyəyə buraxılmasıdır. Fotoda Ağdam kəndinin girişində insanların toplanması öz əksini tapıb. Qaraqaya yüksəkliyi də bu kəndin yaxınlığındadır. Materialın sonunda insanların kənddən getmədiklərini, öz hərbçilərini salamlamaq üçün toplaşdıqlarını göstərən qısa bir videonu diqqətinizə çatdırırıq.

Əziz oxucu, hücuma məruz qalan Tovuzun kəndlərində yüksək təhlükə olmasına baxmayaraq, həyat davam edirdi. Heç kim öz ocağını tərk etmədi, heç kim doğma torpağını tərk etmədi. Kənd sakinləri atalarının və qardaşlarının ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qızğın vaxtında nümayiş etdirdikləri həmin fədakarlığı nümayiş etdirdilər.

Budur, Tovuz sakinlərinin 12-16 iyul döyüş bölgəsində davranışlarına dair daha bir dəlil.

Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpası təhlükəsi saxlanılır. Ermənistanın hərbi-siyasi rəhbərliyi yaxşı başa düşür ki, əgər hərbi fəaliyyətlər Qarabağda və ona bitişik ərazilərdə baş verərsə, Azərbaycan Ermənistan Respublikasını sarsıdıcı məğlubiyyətə düçar edəcək.

Qarşıdurma Yerevana həm də danışıqlar prosesini qeyri-müəyyən müddətə təxirə salmaq və status-kvonu saxlamaq üçün lazım idi. Bu, münaqişədə gərginliyin artmasının nəyə görə Tovuzda baş verməsinin də əsas amillərindən biridir. Paşinyan gözəl anlayır ki, daha dəqiqi, əmindir ki, Azərbaycan əsgəri dövlət sərhədini keçməyəcək. Lakin Paşinyan Azərbaycan artilleriyasının dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin ön xətdəki dayaq məntəqələrinə cavab zərbələri endirməyəcəyini düşünməklə səhv edib.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861