Qadın hakim onu atan ərindən qeyri-adi yolla qisas aldı

Fransanın O-de-Sen departamentindən olan hakim Suad Meslem onu başqa qadına görə atan ərindən qeyri-adi yolla intiqam alıb. Belə ki, o, saxta sənədlərlə keçmiş əri ilə yenidən evlənib. Bu barədə “Euro1” xəbər yayıb.

Suad Meslem vəkil ərinin onu hüquqi məsələlər üzrə müşavir olan qadına görə atmasını bağışlaya bilməyib.2019-cu ilin mart ayında o, lazımi sənədləri və şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq həmin dövrdə işlədiyi Reyunyon departamentində evlənib. Qadınla əlbir olan başqa bir kişi özünü onun əri kimi təqdim edib. Nikah keçmiş ərin razılığı və xəbəri olmadan baş tutub. Hakim bu yolla ərinə yeni sevgilisi ilə bir yerdə yaşamağa mane olmaq istəyib.

Keçmiş ər sabiq arvadı ilə yenidən evləndiyindən bir müddət xəbərsiz yaşayıb. Lakin saxta evlilikdən bir neçə həftə sonra hakim yenidən O-de-Senə köçürülüb. Burada təsadüfən həmkarları onun keçmiş əri ilə evləndiyini öyrəniblər.

Keçmiş ər xəbəri eşidəndə və sübutları görəndə şoka düşüb. O, dərhal bu barədə hökumətə xəbər verib.

Dekabr ayında Suad Meslem qızı və əri rolunu oynayan kişi ilə bir yerdə saxlanılıb.

Сообщение  230 Просмотры обновленный 11 месяцы тому назад

Qadın hakim onu atan ərindən qeyri-adi yolla qisas aldı

Qadın hələ də hakim statusunu saxlayıb, lakin xidməti vəzifələri yerinə yetirməkdən kənarlaşdırılıb. İş məhkəməyə göndərilə bilər. Bu halda onu 10 il müddətinə azadlıqdan məhrumetmə və 150 min avroya qədər cərimə gözləyir.

Image
Image

ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861