Putin özünə yeni köməkçi təyin edir

Baş nazir Dmitri Medvedevin dövründə İqtisadi İnkişaf naziri olan Maksim Oreşkin Rusiya Federasiyası Prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə müşaviri olacaq.

Bu barədə TASS “Bloomberg”ə istinadla məlumat verib.

Сообщение  260 Просмотры обновленный 7 месяцы тому назад

Prezidentin indiki köməkçisi Andrey Belorusova da yeni vəzifə veriləcək, agentliyin məlumatına görə, o baş nazirin birinci müavini olacaq.

Hazırda bu vəzifədə maliyyə naziri Anton Siluanovdur, ancaq onun yeni vəzifəyə təyin olunub-olunmayacağı bəlli deyil.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Federal Məclisə müraciətlə çıxış edib. Bundan sonra Medvedev Putin tərəfindən təklif olunan konstitusiya dəyişiklikləri ilə əlaqədar hökumətin tam tərkiblə istefaya getdiyini açıqlayıb.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861