Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik edildi

Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib. 

Сообщение  280 Просмотры обновленный 10 месяцы тому назад

Regioninfo.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (Samir Nuriyev) Komissiyasının sədri təyin olunub. 

Komissiyanın üzvləri isə aşağıdakı redaksiyada verilib:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının Daxili İşlər naziri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri isə Komissiyanın katibi olub. 
Azərbaycan Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamının 2-ci hissəsindən “və hərbi məsələlər” sözləri çıxarılıb. 

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861
  • Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik edildi
  • VuVu Uma